UX kitabcha №1

$0+

UX kitabcha №1

Bilik paylaşdıqca gözəldir.


Dəyərli dost!

Bu gün rəqəmsal dünyanın sürətli inkişafı ilə istifadəçi təcrübəsi (UX) anlayışı əhəmiyyət qazanmışdır. Dizayn edərkən istifadəçilərin ehtiyac və gözləntilərinə diqqət yetirmək məhsul və ya xidmətin istifadə imkanlarını artıraraq daha uğurlu nəticələr əldə etməyə kömək edir.

UX dizaynı məhsul və ya xidmətin istifadə prosesini və istifadəçilərin təcrübəsini optimallaşdırmaq üçün müxtəlif dizayn metodları və alətlərindən istifadə edir. Buna görə də, UX dizaynı haqqında biliklərə sahib olmaq dizayn prosesində səmərəliliyi artırır.

UX kitabçanın hazırlanmasının səbəbi bu sahədə ana dilimizdə məlumatların çox az olduğundan irəli gəldi. Uzun zamandır ki, İnstagram profilimdə (guliyevdesign) məqalələr paylaşırdım. Qərara aldım ki, məqalələri vahid bir kitab halında birləşdirim. Bu kitab dizaynerlər, layihə rəhbərləri, məhsul sahibləri və bu kimi digital sahədə fəaliyyət göstərən şəxslər üçün faydalı olacaqdır.


$
I want this!
135 downloads

It`s free

Pages
Size
5.04 MB
Length
84 pages
Copy product URL
$0+

UX kitabcha №1

I want this!